YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycan regional və qlobal miqyasda cərəyan edən proseslərə təsir göstərmək iqtidarında olan güclü dövlətdir

“Azərbaycanda həyata keçirilən səmərəli və uğurlu siyasət sayəsində makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyasına nail olunub. Bunun nəticəsidir ki, beynəlxalq reytinq agentlikləri Azərbaycan iqtisadiyyatının inkişaf tempini yüksək qiymətləndirirlər”. Bu fikirləri Milli Məclisin deputatı Sahibə Qafarova deyib. 

S.Qafarova bildirib ki, beynəlxalq reytinq agentliklərinin hesabatlarında yer alan pozitiv məqamlar Azərbaycanda uğurla reallaşdırılan layihələrin, geniş islahatların, iqtisadi sahədə inkişafın və uğurlu sosial siyasətin məntiqi nəticəsidir: “Bu gün Azərbaycan regional və qlobal miqyasda cərəyan edən proseslərə təsir göstərmək iqtidarında olan güclü dövlətdir. Respublikamız regionda qlobal əhəmiyyətli layihələrin moderatoru rolunda çıxış edir. Bütün bunlar səmərəli, uzaqgörən daxili və xarici siyasətin nəticələridir”.
Azərbaycanda uğurlu sosial-iqtisadi siyasətin həyata keçirildiyini bildirən S.Qafarova əlavə edib ki, bu siyasət ölkəmizin hərtərəfli inkişafına xidmət edir. “Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun, o cümlədən “Standard & Poor’s” və “Fitch Ratings”in hesabatlarında da inkişaf göstəriciləri öz əksini tapıb. Sözügedən reytinq agentliklərinin hesabatları Azərbaycanın uğurlu sosial-iqtisadi siyasətinin nəticəsində meydana çıxmış pozitiv reallıqlara əsaslanır”, - deyə millət vəkili vurğulayıb.