YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Jalə Əliyeva: Ulu öndər Heydər Əliyev hər zaman ana dilimizi qoruyub və təbliğ edib

«Ulu öndərimiz Heydər Əliyevin verdiyi qərarlar, imzaladığı sənədlər təkcə dünənimiz və bugünümüz üçün deyil, o cümlədən gələcəyimiz üçün də çox aktualdır və xalqımızın mənafeyinə xidmət edir. Ulu öndər Heydər Əliyev hər zaman ana dilimizi qoruyub və təbliğ edib». Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

J.Əliyeva bildirib ki, Ulu öndərimiz sovetlər dövründə də ana dilimizi qoruyub, inkişaf etdirib. Onun sözlərinə görə, 1978-ci ildə Azərbaycan SSR-nin  konstitusiyasında  Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması məhz Heydər Əliyevin qətiyyətinin nəticəsi idi.

«Müstəqillik dövründə də Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin qorunması və inkişafı baxımından mühüm tədbirlər görüldü. Ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman Azərbaycan dilinin qorunması və inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1 avqust tarixinin ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması da bu baxımdan önəmlidir. Bu, sıradan bir qərar deyil. Biz bu günü qeyd edərkən yaddaşlarımızı saflaşdırırıq, yeniləyirik və bu dilin uğrunda aparılan mübarizəni unutmayaraq onu gələcək nəsillərə ötürməli olduğumuzu bu tarix bizə dönmədən xatırladır. Yəni 1 avqust tarixinin əhəmiyyəti bu günü ildə bir dəfə qeyd etməkdən ibarət deyil. Ulu öndərimizin həmin qərarı onu ifadə edir ki, bu günə gətirən yol o qədər böyük, şərəfli və keşməkeşlidir ki, xalq öz dili uğrunda apardığı mübarizə üçün qürur, iftixar hissi keçirə bilər. Bu qürur və iftixarı da bizə yaşadan Ümummilli liderimiz Heydər Əliyevdir»-deyə, J.Əliyeva qeyd edib.