YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Azərbaycanın MDB üzrə əməkhaqqının səviyyəsinə görə ilk beşlikdə qərarlaşması müsbət göstəricidir

«Azərbaycan MDB üzrə əməkhaqqının səviyyəsinə görə ilk beşlikdə qərarlaşıb. Azərbaycan üçün xüsusən 2015-ci ildə devalvasiyadan sonra yenidən MDB-də əməkhaqqı, həm də digər göstəricilər üzrə öz mövqeyini yaxşılaşdırması çox vacib idi”. Bu fikirləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri   Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, 2017-ci il Azərbaycan iqtisadiyyatında strateji il oldu,  2018-ci ildə isə Azərbaycan yenidən sürətli inkişafını bərpa etdi. Onun sözlərinə görə, 2018-ci ilin birinci yarım ilinin nəticələri ondan xəbər verdi ki, həm ümumi daxili məhsulda, həm də makro iqtisadi göstəricilərdə artım tempinə nail olunub. Nəticə etibarilə bu tempin də sosial sferaya, eləcə də əməkhaqqına transformasiyası müşahidə olunur. Təbii ki, ölkəmizin əhəmiyyətli səviyyəsinə görə MDB-də ilk beşliyə daxil olması müsbət haldır.

«Xüsusilə nəzərə almaq lazımdır ki, növbəti illərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşacağı görünür. Çünki iqtisadiyyatın stabilləşməsi və bütün beynəlxalq maliyyə qurumları tərəfindən də 2018-ci il daxil olmaqla növbəti illərdə iqtisadi artımın proqnozlaşdırılması orta aylıq əməkhaqqı tempinə də təsir göstərəcək. Bu həm dövlət, həm də özəl sektorda özün büruzə verəcək. Təbii ki, bu da ölkəmizin növbəti illərdə yerinin daha da yaxşılaşmasına səbəb olacaq. MDB-də əməkhaqqının səviyyəsinə görə ilk beşliyə daxil olmaq müsbət hal kimi qiymətləndirilməlidir”.