YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Son illər ərzində qadın sahibkarlarının sayı 28 faizə qədər artıb

«Azərbaycan cəmiyyətində qadınlar aparıcı rol oynayır». Bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, qadın ana kimi gələcək nəsli formalaşdırır. İnsanlığın necə olması qadının savadından, sosial statusundan asılıdır. Bu məsələ bizim ölkəmizdə hər zaman aktual olub. Məsələn, 1901-ci ildə bütün müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb Bakıda yaradılıb. Həmçinin 1911-ci ildə Xədicə Əlibəyovanın redaktorluğu ilə ilk dəfə qadın mətbu orqanı yaradıldı. “İşıq” qəzeti qadınların hüquqlarının qorunması, onların maariflənməsi üçün bütün ziyalı vətəndaşları səfərbər etdi. 1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda qadınlara seçmək və seçilmək hüququ verilib.

«Gender siyasətinin gücləndirilməsi dövlət strategiyasının əsas istiqamətlərindən biridir. 1998-ci ildə Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə postsovet məkanında ilk dəfə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi təsis edilib. Prezident İlham Əliyevin Fərmanı ilə 2006-cı ildə bu komitənin səlahiyyətləri genişlənərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb»-deyən komitə sədri qadınların cəmiyyətin bütün sahələrdə, o cümlədən iqtisadiyat və biznes sahəsində də fəal təmsil olunmalıdır.

«Son illər ərzində qadın sahibkarlarının sayı 28 faizə qədər artıb. Onların arasında holdinq və böyük maliyyə kompaniyalarının rəhbərləri var. Biz bu rəqəmlərin artırılmasında maraqlıyıq və ölkəmizdə qadın biznesinin inkişafı üçün böyük işlər görülür. Nümunə kimi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım, “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” layihələrini qeyd etmək olar»- deyə, komitə sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv