YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Ermənistanın baş naziri Paşinyanın fikirləri cəfəngiyyatdır

«Bütün dünya ictimaiyyətinə məlumdur ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altındadır». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Azərbaycanın ərazi bütövlüyü beynəlxaq müstəvidə tanınır və dəstəklənir. Onun sözlərinə görə, Ermənistanın baş naziri Paşinyanın guya ermənilərin münaqişənin sülh yolu ilə həllinə tərəfdar olması haqda fikirləri cəfəngiyyatdır.

«Ermənistan hakimiyyətinin bu cür  bəyanatları daxili auditoriya üçün hesablanıb. Çünki işğalçı ölkənin xaricində buna ciddi şəkildə əhəmiyyət verən kimsə yoxdur. Hesab edirəm ki, Ermənistanın Azərbaycana qarşı mövqeyi dəyişməyib. Bu da  təxribatlar törətmək, dünyaya Azərbaycanı aqressiv ölkə kimi tanıtmağa cəhd göstərməkdən ibarətdir. Amma bunlar köhnə taktikalardır. Yeni hakimiyyət müxtəlif bəyanatlar versə də, amma həmin o köhnə taktikaları davam etdirir. Bu da Ermənistanın işğalçılıq siyasəti ilə bağlıdır»-deyə, deputat vurğulayıb.