Xəbərlər
MM-in deputatı: İki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir

«Prezident İlham Əliyevin Fransaya səfəri uğurlu oldu». Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
R.Musabəyov bildirib ki, səfər zamanı ikitərəfli münasibətlərlə bağlı vacib qərarlar əldə olundu. Onun sözlərinə görə, Fransa postsovet məkanında fəallığını artırır.
«İki ölkə arasında iqtisadi, siyasi əlaqələr genişlənir. Fransa biznesi ölkəmizdə çoxdan təmsil olunur. Bütün bunlar göstərir ki, iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Azərbaycan etimad qazanmış tərəfdaş ölkədir. Gələcəkdə reallaşacaq layihələrdə birgə iştirak edə bilərik. Əsas məqam odur ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir və biz bu dövlətdən münaqişənin həlli üçün səylərini artırmağı gözləyirik»-deyə, deputat qeyd edib.