YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbülfəs Qarayev: Azərbaycan kinosu böyük tarixə malikdir

«Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncamın icrası ilə bağlı müvafiq tədbirlər həyata keçirilir». Bu fikri mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Ə.Qarayev bildirib ki, yubiley çərçivəsində müxtəlif tədbirlər keçirilir, kino günündə geniş tədbirlərlə qeyd olunacaq. Onun sözlərinə görə,  Azərbaycan kinosu böyük tarixə malikdir.

«Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib. Təxminən son on ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 212 sənədli, habelə 23 cizgi filmi çəkilib. Bu gün bizim gənclərimiz Türkiyə, Kanada, Rusiya kimi ölkələrin təhsil müəssisələrində bu sahədə təhsil alırlar. Eyni zamanda ölkəmiz dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında iştirak edir. 2014-2017-ci illər ərzində 26 filmimiz 48 ölkədə keçirilən 128 festivalda  iştirak edərək 49 mükafat qazanıb»-deyə, nazir vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv