YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağstafa rayon təşkilatının yaranmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib

İyulun 23-də Yeni Azərbaycan Partiyasında Ağstafa rayon təşkilatının yaranmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov bildirib 23 iyul 1993-cü ildə bu təşkilatın təsis konfransı keçirilib. Onun sözlərinə görə, hazırda sıralarında 5900-dən çox üzvü birləşdirən rayon təşkilatı 25 il ərzində Ağstafa rayonun ictimai-siyasi həyatında, xüsusən mədəni-kütləvi tədbirlərin keçirilməsində yaxından iştirak edir. O, təşkilat üzvlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra R.Tatarov Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatı sədrlərinin son müşavirəsində qarşıya qoyulmuş vəzifələrdən bəhs edib. Təşkilat sədri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən illər ərzində dinamik  inkişaf edərək, bütün sahələrdə böyük uğurlara nail olub, regionun lider dövlətinə çevrilib. Onun sözlərinə görə, bu uğurları gözü götürməyən qüvvələr Azərbaycana qarşı məkrli planlar hazırlyırlar: «Belə planlar indiyə qədər dəfələrlə olub. Amma heç zaman baş tutmayıb. Çünki ölkəmizdə güclü vətəndaş həmrəyliyi, xalq-iqtidar birliyi mövcuddur. Azərbaycan xalqı birmənalı olaraq Prezident İlham Əliyevin siysətini dəstəkləyir və ölkə vətəndaşları dövlətimizin başçısının ətrafında sıx birləşiblər».

R.Tatarov bildirib ki, bu gün Azərbaycan böyük layihələrin müəllifidir. Bu layihələr Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir. Bütün bunlar isə ölkəmizin beynəlxalq müstəvidə rolunu və əhəmiyyətini daha da artırır. «Azərbaycanın bu uğurlarından narahat olan qüvvələrin planları isə heç vaxt baş tutmayacaq. Onların ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq istəyinin qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq»-deyə, o vurğulayıb.

Sonra tədbir iştirakçılarından Yaqub İsmayılov, Qalib Cəfərov, Səlim Novruzov və Firdovsi Heydərli çıxış ediblər.

DİGƏR Xəbərlər Arxiv