YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“YARAT” Müasir İncəsənət Məkanı Vyanada keçirilən “VIENNAFAIR” yarmarkasında təmsil olunur

“YARAT” Müasir İncəsənət Məkanı Vyanada keçirilən “VIENNAFAIR The New Contemporary” müasir incəsənət yarmarkasında iştirak edir.

Oktyabrın 1-də yarmarka çərçivəsində “VİENNA Focus” sərgisinin açılışı olub və sərginin diqqət mərkəzində Azərbaycan incəsənət ustalarının əsərləri dayanıb.

Sərgidə “YARAT” Müasir İncəsənət Məkanı tərəfindən hazırlanmış “Adiliyin şeiriyyəti” adlı layihə çərçivəsində Bakının “Sovetskaya” məhəlləsinin nümunəsində sürətlə dəyişən və sosial transformasiyanı əks etdirən incəsənət əsərləri nümayiş olunur. Cəmiyyət, dəyişikliklər və həsrət mövzuları ilə bağlı Sənan Ələsgərov, Aida Mahmudova və Orxan Hüseynov tərəfindən təqdim olunan video, fotoşəkil və installyasiyalar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Avstriyanın “VIENNAFAIR” adlı ən böyük müasir incəsənət yarmarkası bu il 10 illiyini qeyd edir. Bu yarmarka Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropanın müasir incəsənət nümunələrinin sərgiləndiyi bir məkandır. Bu il yarmarkanın əhatə etdiyi coğrafiya daha da genişlənərək, təqdim olunan ölkələr sırasına Azərbaycan da daxil olub. Sərginin “VIENNA Focus” bölməsi müəssisələr, qeyri-kommersiya təşkilatları və mədəni missiyalar üçün nəzərdə tutulub. Azərbaycan müasir incəsənətini builki tədbirdə “YARAT” təşkilatı təmsil edir.
Yarmarka oktyabrın 5-ə kimi davam edəcək.

 

DİGƏR Xəbərlər Arxiv