YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gövhər Baxşəliyeva: Azərbaycanda dünya ölkələrinə nümunə göstəriləcək dövlət-din münasibətlərinin xüsusi modeli mövcuddur

«Azərbaycanda dövlət-din münasibətləri uğurla tənzimlənir. Bu yöndə mükəmməl qanunvericilik bazası formalaşdırılıb». Bu fikirləri AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, Azərbaycanda dini və mənəvi azadlıq təmin olunub, bütün dinlərin nümayəndələri azad şəkildə öz ibadətlərini həyata keçirirlər. «Təəssüf ki, Azərbaycanda mövcud olan dini əmin-amanlığı pozmağa cəhd edən qüvvələr var. Amma buna baxmayaraq inanırıq ki, sağlam düşüncəli vətəndaşlarımız bu məkrli planların həyata keçirilməsinə imkan verməyəcək, bu sahədə fəal olacaqlar. Hər bir Azərbaycan vətəndaşı uğurlu dövlət-din modelini qorumalıdır. Azərbaycanda dünya ölkələrinə nümunə göstəriləcək dövlət-din münasibətlərinin xüsusi modeli mövcuddur. Bu modelin əsasında Azərbaycan xalqının xarakterik xüsusiyyəti kimi formalaşmış tolerantlıq və multikulturalizm kimi dəyərlər dayanır»-deyə, G.Baxşəliyeva vurğulayıb.