YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: Bir daha sübuta yetirildi ki, heç bir qüvvənin ölkəmizdəki sabitliyi pozmaq və müxtəlif qanlı ssenarilər reallaşdırmaq istəyi baş tutmayacaq

“Azərbaycanda bütün sahələrdə əldə edilmiş nailiyyətlərin əsasında duran mühüm amillərdən biri məhz ölkəmizdə etibarlı sabitlik və təhlükəsizlik mühitinin mövcud olmasıdır. Bu, həm xalqımız tərəfindən, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir – təqdir olunur. Amma ölkəmizin inkişafını istəməyən bəzi xarici dairələr Azərbaycanda sabitliyin pozulmasına nail olmaq üçün müxtəlif metodlara baş vururlar. Məhz iyulun 3-də və 10-da Gəncə şəhərində törədilmiş qanlı cinayətlər - terror aktları da həmin məkrli xarici dairələrin sifarişi ilə təşkil edilmiş təxribatçı hərəkətlər idi”. Bu fikirləri Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

Millət vəkili bildirib ki, bu cinayət əməllərinin - qanlı terror aktlarının məqsədi cəmiyyətdə gərginlik və xof yaratmaq idi: “Təsadüfi deyil ki, terrorçu qruplaşmalar dini şüarlardan istifadə edərək təxribatçı hərəkətlərə yol vermişdilər və məqsəd cəmiyyətdə həm xaos, həm də çaşqınlıq yaratmaq idi. Lakin Azərbaycan cəmiyyəti birlik – vahid mövqe nümayiş etdirərək sabitliyi pozmaq istəyənləri qınadı və bütün bu hərəkətlərin milli dövlətçiliyimizə qarşı yönəldiyini qətiyyətlə ifadə etdi. Eyni zamanda, cəmiyyətimiz ölkəmizdə terroru alovlandırmaq və xaos yaratmaq məqsədilə radikal çağırışlar səsləndirənlərə qarşı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görülməsini tələb etdi”.

“Cinayətkar dəstənin zərərsizləşdirilməsi, cinayətlərdə əli olan bütün cinayətkarların məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsi ilə bir daha sübuta yetirildi ki, heç bir qüvvənin ölkədəki sabitliyi pozmaq və müxtəlif qanlı ssenarilər reallaşdırmaq istəyi baş tutmayacaq. Buna cəhd edənlər isə hüquq müstəvisində layiqli cəzalarını alacaqlar”.

 

DİGƏR Xəbərlər Arxiv