YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda 19,3 milyon ton neft və 8,8 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda 19 milyon 341,2 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 14 milyard 497,7 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmin 8 milyard 883,6 milyon kubmetrini əmtəəlik təbii qaz təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yarım ildə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 17,2 milyard manat olmaqla əvvəlki ilin yanvar-iyun aylarına nisbətən 0,3 faiz azalıb.

Ölkədə neft istehsalı 0,9 faiz artıb, qaz hasilatı isə 4,9 faiz azalıb.