YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Daşkəsən rayon təşkilatı qadınlar şurasının IV konfransı keçirilmişdir

Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı qadınlar şurasının IV konfransı keçirilmişdir.

Konfransda şuranın sədri Rəna Aslanova bir illik hesabatla çıxış edərək rayon qadınlarının ictimai-siyasi fəallığından, onların çalışdıqları təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə göstərdikləri fədakarlıqdan danışmışdır. Bildirilmişdir ki, hazırda YAP Daşkəsən rayon təşkilatının sıralarında qadınların sayı 42 faiz təşkil edir. Onlardan 385 nəfəri ali, 337 nəfəri orta ixtisas, 1025 nəfəri isə ümumi orta təhsillidir. Qadın partiya üzvlərindən 513 nəfəri gənclərdir.

Məruzə ətrafında 2 nömrəli orta məktəbin direktoru Aybəniz Vəliyeva, YAP rayon təşkilatının sədri Meydanəli Yolçuyev və başqaları çıxış edərək görülən işləri qənaətbəxş hesab etmiş və şuranın gələcək fəaliyyəti ilə bağlı arzu və təkliflərini bildirmişlər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev konfransda çıxış edərək qadınların rayonun ictimai-siyasi həyatında göstərdikləri fəallığa görə onlara təşəkkür etmiş və gələcək işlərində uğurlar arzulamışdır.

Konfransda təşkilati məsələyə baxılmış, YAP Qadınlar Şurasının növbəti konfransına nümayəndələr seçilmişdir.