YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Ölkə vətəndaşları bu məsələdə böyük həmrəylik göstərdi

«Azərbaycan Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirədə dövlət başçısı qəzanın səbəblərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə əlaqədar ciddi tapşırıqlar verdi». Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, dövlət başçısının yanında keçirilən müşavirədə bir sıra məsələlərə aydınlıq gətirildi. Onun sözlərinə görə, yaradılan Dövlət Komissiyası müəyyən tədbirlərin görülməsi ilə əlaqədar təkliflər verəcək.

«Cənab Prezidentin qeyd etdiyi kimi gələcəkdə əlavə tədbirlər görülməlidir ki, əgər hər hansı bir qəza baş verərsə ümumi sistemə bunun təsiri olmasın. Yəqin ki, məsələ ilə bağlı tədbirlər planı hazırlanıb həyata keçiriləcək. Dövlət başçısı tədbirlər planına beynəlxalq auditin cəlb edilməsini də tapşırıb. Bununla da, həm Mingəçevirdəki İstilik Elektrik Stansiyasının tam təftişi və auditi aparılacaq, həm də ölkəmizin bütün enerji sisteminin bu sahədə peşəkarlıqla seçilən beynəlxalq qurumlar tərəfindən təhlili təşkil olunacaq. Digər bir vacib məqam ondan ibarətdir ki, qəza baş verən zaman bütün dövlət qurumları operativ və mütəşəkkil şəkildə çalışdılar. Eyni zamanda, vətəndaşlar, bütövlükdə cəmiyyətimiz, ölkə vətəndaşları bu çətin sınaqdan şərəflə çıxdı. Bildiyiniz kimi, müəyyən dairələr bu hadisədən sui-istifadə edərək insanlarda çaşqınlıq yaratmağa çalışırdılar. Amma onların istəkləri puç oldu. Ölkə vətəndaşları bu məsələdə böyük həmrəylik göstərdi. Dövlət başçısının vurğuladığı kimi Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və Azərbaycanda, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur"-deyə, deputat qeyd edib.