YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zahid Lətif Xan: Pakistan Azərbaycan üçün kifayət qədər böyük və mühüm regiondur

Əhalisi 200 milyondan çox olan Pakistanın iqtisadiyyatı və ÜDM-ü artmaqda davam edir. Bu baxımdan ölkəmiz Azərbaycan üçün də kifayət qədər böyük və mühüm regiondur.

Bu barədə iyulun 4-də İqtisadiyyat Nazirliyinin və AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan-Pakistan biznes forumunda Pakistanın Ravalpindi Ticarət və Sənaye Palatasının prezidenti Zahid Lətif Xan bildirib.

Onun sözlərinə görə, ölkələrimiz arasında geniş biznes imkanları mövcuddur. Azərbaycanla olan biznes imkanlarını araşdırmaq üçün bu forumda 50-dən çox Pakistan şirkəti iştirak edir.

Zahid Lətif Xan əlavə edib ki, ticarət və turizm sahəsində də Azərbaycanla Pakistan arasında böyük potensial var.