YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə bu ölkənin milli bayramı – Çin Xalq Respublikasının yaranması günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Mən Azərbaycan-Çin münasibətlərinə xüsusi əhəmiyyət verirəm. Bu mənada dostluq əlaqələrimizin gündən-günə genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daim dərinləşməsi böyük məmnunluq doğurur.

Əminəm ki, qarşılıqlı anlaşma və etimada əsaslanan siyasi təmaslarımızın, hər iki tərəf üçün faydalı olan iqtisadi əlaqələrimizin, humanitar mübadilələrimizin bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.”