YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Dövlət başçısının sərəncamı hər kəsi məsuliyyətli olmağa, öz işinə peşəkar yanaşmağa, milli maraqlarımızı qorumağa çağırır

«Prezident İlham Əliyevin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında» imzaladığı Sərəncam çox ciddi əhəmiyyətə malikdir». Bu fikri yap.org.az saytına Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

B.Muradova bildirib ki, son zamanlar cəmiyyətimizdə, o cümlədən parlamentdə də cəbhəyanı zonalara xüsusi statusların verilməsi ilə bağlı çağırışlar edilirdi. Onun sözlərinə görə, təmas xəttində Ermənistan hərbi birləşmələrinin son təxribatları  və onun nəticələri dövlət başçısının bu sərəncamının ən qədər vacib sənəd olduğunu bir daha sübut edir.

«Əgən bu təxribatlar ordumuzun yüksək döyüş qabiliyyətini ortaya qoydusa, yüksək döyüş ruhunu göstərdisə, istənilən əmri yerinə yetirməyə hazır olduğunu təsdiqlədisə, digər problemlərin də olduğunu ortaya çıxardı. Bu, həm təmas xətti yaxınlığında yaşayan insanların təhlükəsizliyi məsələsini, burada ordunun hərəkətini, mətbuatın tutduğu mövqeni, ictimaiyyətlə əlaqələrdə problemləri və s. məsələləri üzə çıxardı. Bununla da, həmin problemlərin həlli zərurətinin qaçılmazlığı öz təsdiqi tapdı. Ona görə də, belə bir sərəncamın verilməsi kifayət qədər aktualdır. Sərəncam cəmiyyətdə yaranan narahatlıqları aradan qaldırmaq üçün kifayət qədər ciddi əhəmiyyətə malikdir. Hesab edirəm ki, bu sənəd hər kəsi məsuliyyətli olmağa, öz işinə peşəkar yanaşmağa, milli maraqları qorumağa çağırır. Çünki hərbi və dövlət sirrlərində diqqətli olmaq lazımdır. Hesab edirəm ki, dövlət başçısının sərəncamı bu məsələdə ciddi töhvələr verəcək və hər kəsin məsuliyyətini artıracaq. Eyni zamanda, dövlət sirrlərini yayanlar qanun qarşısında cavab verməli olacaqlar»- deyə, vitse-spiker vurğulayıb.