YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Azərbaycan hökuməti qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq edir

«Azərbaycan hökuməti qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq edir». bu fikri Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, bu şuranın yaradılması ilə Azərbaycanda milli donorluq institutu formalaşıb. Onun sözlərinə görə, şura yaranana qədər ölkədə milli donorluq institutu yox idi, Azərbaycan həqiqətlərinin, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün, qaçqın və məcburi köçkünlər probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində layihələrə heç kim donorluq etmirdi.

«Xarici təşkilatlar heç bir halda bizə dəstək vermirdilər. Ancaq Şura yarandıqdan sonra vəziyyət dəyişdi və bu istiqamətdə çoxlu layihələr həyata keçirilməyə başlandı. Şuranın yaranması ilə QHT-ləri ümummilli problemlərin həlli istiqamətində səfərbər etmək mümkün oldu. Şura Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımına beynəlxalq miqyasda ədalətli qiymətin verilməsi istiqamətində xeyli işlər görüb və görür»-deyə, A.Quliyev qeyd edib.