YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Ermənistanı heç bir inkişaf perspektivi gözləmir

«Azərbaycanın uğurlu diplomatiyası nəticəsində işğalçı Ermənistan siyasi, iqtisadi, enerji, nəqliyyat dalanına çevrilib». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, işğalçı ölkənin gələcək inkişafı çox qaranlıqdır. Onun sözlərinə görə, Ermənistanı heç bir inkişaf perspektivi gözləmir, bu ölkə investorlar üçün heç bir cəhətdən cəlbedici deyil.

«Son 15 ildə Silahlı Qüvvələrin bütün qoşun növlərində həyata keçirilən genişmiqyaslı hərbi islahatlar ordunun döyüş qabiliyyətini, hərbi kadr potensialını artırıb, hərbi qulluqçuların sosial-məişət şəraitini yaxşılaşdırıb. İslahatlar döyüş hazırlığı, hərbi təhsil, tərbiyəvi iş, hərbi tibb və digər sahələri əhatə edir.
Müasir texnologiyaların tətbiqi ilə qoşunlarda yaradılan avtomatlaşdırılmış komanda idarəetmə məntəqələri Silahlı Qüvvələrin bütün qoşun növlərinin dayanıqlı, operativ, gizli və fasiləsiz idarə olunmasına imkan yaradıb. Hərbi hissələrin, əsasən də cəbhə xəttindəki bölmələrin yeni növ silah, döyüş texnikası və digər hərbi vasitələrlə təchiz edilməsi onların əməliyyat imkanlarını, manevr qabiliyyətini artıraraq düşmən üzərindəki üstünlüyü təmin edib. Beləliklə, ordumuzun gücü işğalçı tərəfi ciddi şəkildə təşvişə salıb»-deyə, deputat qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv