YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Azərbaycan xalqı öz ordusu ilə qürur duyur

«Azərbaycan xalqı öz ordusu ilə qürur duyur. Bugünlər yaranmasının 100 illiyini qeyd etdiyimiz Azərbaycan Silahlı Qüvvələri ən müasir dünya standartlarına cavab verir». Bu fikri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, hazırda Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü orduları sırasındadır. Onun sözlərinə görə, həm Azərbaycan ordusunun maddi-texniki bazası, hərbi hazırlığı, həm də hərbi strateji hazırlığı yüksək səviyyədədir. Bilirsiniz ki, Azərbaycan ordusunun maddi-texniki təminatı ilə bərabər onun savadlı kadrlarının olması da vacib şərtdir.

«Azərbaycanın güclü ordusu müasir tələblərə cavab verən şəkildə, vətənpərvər ruhda qurulub. Ordumuz öz gücünü 2016-cı ilin aprel döyüşlərində göstərdi. Həm döyüşlərin hazırlıq səviyyəsi, vətənpərvərlik, həm də əsgərlərimizin fədakarlığı buna ən böyük nümunələrdən biri idi. Məhz bunun nəticəsidir ki, biz qısa müddət ərzində dünyanın ən güclü 50 ordusu sırasına daxil olmuşuq. Hərbi paradların keçirilməsi də həmin o dövlətin qürurudur, dövlətin, millətin Vətənə olan sevgisinin bir göstəricisidir. Nəzərə alsaq ki, ordunun böyük əksəriyyəti gənclərimizdən formalaşıb, bu fakt müasir Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunda formalaşdığını təsdiqləyir. Şübhə yoxdur ki, ordumuz cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızı işğaldan azad etməyə hazırdır»-deyə,  YAP GB-nin sədr  qeyd edib.