Xəbərlər
Elmar Məmmədyarov Qətərin ölkəmizdəki səfiri Yusif bin Həsən Yusif əl-Saini ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Qətərin ölkəmizdəki səfiri Yusif bin Həsən Yusif əl-Saini ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfir Yusif bin Həsən Yusif əl-Saini diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Nazir Elmar Məmmədyarov səfir Yusif bin Həsən Yusif əl-Sainiyə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.