YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: İnsanların seçimlərinə hörmət etməli və bunu siyasi oyunlara çevirməməliyik

Azərbaycanda keçirilən prezident seçkilərində şəffaflığın təmin olunması üçün hər şey edilmişdi. Gəlin qərarımızda daha ədalətli olaq, insanların seçimlərinə hörmət edək və bunu siyasi oyunlara çevirməyək.

Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva assambleyanın yay sessiyasında çıxışı zamanı deyib.

S.Fətəliyeva qeyd edib ki, seçki prosesini izləmək üçün müşahidəçilərə lazımi şərait yaradılmışdı. Deputat AŞPA-nın hesabatında yer almış fikirlərlə razı olmadığını deyib. Bildirib ki, hər hansı namizədin və onun siyasi partiyasının xalq arasında nüfuzunun və populyarlığının olmaması qaydaların pozulması kimi qəbul edilə bilməz. Seçkidə iştirak edən səkkiz namizədə bərabər şərait yaradılmışdı, bütün namizədlərə pulsuz efir vaxtı, mütəmadi olaraq seçicilərlə görüşmək imkanı verilmişdi.

S.Fətəliyeva AŞPA-nın seçkilərlə bağlı hesabatını qərəzli və ədalətsiz hesab edərək, qurumu qərarlarında və bəyanatlarında çox diqqətli, obyektiv olmağa çağırıb. O deyib: “Bir müddət öncə Ermənistanda keçirilən seçkiləri demokratik və şəffaf hesab etdiyiniz üçün heç müzakirə də etmədiniz. Lakin dərhal seçkilərdən sonra Ermənistanda xalq küçələrə çıxdı, “demokratik” seçkilərə etirazını bildirdi və bu, göstərdi ki, Ermənistandakı seçkilərin nəticələri xalqın iradəsini ifadə etmir. Azərbaycanda isə xalqımız aprelin 11-də öz seçimini etdi və bu seçimi sonadək dəstəkləyir. Gəlin qəbul etdiyimiz qərarlarda əsaslı və məntiqli olaq. Daha çox xalqın mövqeyinə və seçiminə hörmət edək, siyasi oyunlarla məşğul olmayaq”.

DİGƏR Xəbərlər Arxiv