YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jeff Hartman: Azərbaycan ABŞ-ın etibarlı və strateji tərəfdaşıdır

“Azərbaycan ABŞ-ın etibarlı və strateji tərəfdaşıdır”.

Bu sözləri Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar Tbilisidə keçirilən tədbirdə iştirak edən ABŞ-ın Gürcüstandakı hərbi attaşesi Jeff Hartman jurnalistlərə açıqlamasında söyləyib.

J.Hartman deyib: “Azərbaycan bu gün Gürcüstan və Türkiyə, eləcə də NATO ilə sıx və səmərəli əməkdaşlıq edir. ABŞ bu əməkdaşlığı yüksək qiymətləndirir”.

Hərbi attaşenin sözlərinə görə, Azərbaycan ilə əlaqələrin inkişafı, xüsusilə də hərbi sahədə əməkdaşlıq hər iki tərəf üçün səmərəli ola bilər. ABŞ da Azərbaycan ilə hərbi sahədə əməkdaşlığa böyük önəm verir və əlaqələrimiz yüksələn xətlə inkişaf edir.

DİGƏR Xəbərlər Arxiv