YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: İnsan hüquqları müdafiəçiləri ilə bağlı ölkəmizdə Avropa Şurası ilə birgə çox işlər görülüb

Biz dövlətlərin nəzdində hüquqlarımızı, insan hüquqlarını müdafiə edənləri necə müdafiə etmək prosedurları, tədbirləri haqqında düşünməliyik. Ancaq bir insanın hüquqlarını müdafiə edəndə, digərinin hüquqlarını pozmamağa çalışmalıyıq. Dövlətin və insan hüquqları müdafiəçilərinin məsuliyyəti məsələsinə də fikir verməliyik.

Bu fikri AŞPA-nın vitse-prezidenti, bu qurumdakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov litvalı deputat Ejidiyus Varekisin hazırladığı “Avropa Şurasının üzv dövlətlərində insan hüquqları müdafiəçilərinin müdafiəsini təmin etmək” adlı qətnamə layihəsinin müzakirələri zamanı söyləyib.

Bildirib ki, əgər hüquq müdafiəçilərinin məsuliyyətindən danışsaq, bu, birtərəfli yanaşma olar. Əgər dövlətin məsuliyyətindən danışsaq, yenə birtərəfli yanaşma olacaq. Ona görə biz sistemi bütövlükdə nəzərdən keçirməliyik. Hər hansı bir dövlətdə insan hüquqları müdafiəçilərinin müdafiəsini necə təmin etməklə bağlı düşünməliyik.

Bununla belə, Azərbaycandan olan həmkarlarımla razıyam ki, əgər bir dövlətin adından danışırsınızsa, onda vəziyyəti, eləcə də orada həyata keçirilən tədbirləri nəzərə almaq lazımdır.

İnsan hüquqları müdafiəçiləri ilə bağlı ölkəmizdə Avropa Şurası ilə birlikdə çox işlər görülüb. Düşünürəm ki, bu tövsiyələrin əsasında gələcəkdə daha da çox işlər görə bilərik.