YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA-nın yay sessiyası işə başlayıb

İyunun 25-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası öz işinə başlayıb.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti sessiyada iştirak edir.

Avropa Şurası Parlament Assambleyası yay sessiyası çərçivəsində Xorvatiya və Slovakiyanın baş nazirlərinin, eləcə də Lüksemburqun xarici işlər nazirinin çıxışları gözlənilir. Xorvatiyanın baş nazirinin müavini və Avropa və xarici işlər naziri qurumun Nazirlər Komitəsinin məlumatını çatdıracaq.

Rumıniyalı deputat Viorel Riçerd Badeanın Azərbaycanda prezident seçkiləri ilə bağlı məruzəsi dinləniləcək.

Assambleyada Suriyaya qonşu ölkələrdə qaçqınların humanitar vəziyyəti müzakirə olunacaq.

Xaricdə miqrantların sığınacaq istəmələri və təhlükəsiz sığınacaqların yaradılması məsələlərinə, eləcə də Yunanıstanın miqrasiya siyasəti naziri Dimitrios Vitsasın iştirakı ilə Avropa İttifaqının sığınacaq və miqrasiya siyasətinin “xarici ölçüləri” nin insan hüquqları baxımından nəticələrinə birgə debatlarda baxılacaq.

Sessiyada Avropada məcburi nikaha dair debatlar da aparılacaq.