YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Aviqdor Liberman: Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında ikitərəfli münasibətlər məmnunluq doğurur

Bu, mənim Azərbaycana artıq beşinci səfərimdir. Burada özümü vətənimdəki kimi hiss edirəm.

Bu sözləri Azərbaycanda səfərdə olan İsrail Dövlətinin xarici işlər naziri Aviqdor Liberman jurnalistlərə müsahibəsində demişdir.

İsrailli nazir bildirmişdir ki, ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlər məmnunluq doğurur. Burada İsrail üçün çox vacib rol oynayan Azərbaycanda yəhudi icmaları vardır. Bu icmaların üzvləri iki ölkə arasında körpü yaradırlar.

Nazir iki ölkə prezidentlərinin görüşlərinin münasibətlərin inkişafı üçün çox vacib və əhəmiyyətli olduğunu vurğulamışdır.

Qonaq qeyd etmişdir ki, Azərbaycanda keçirdiyim görüşlərdə yüksək texnologiyalar, energetika, kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafını əsas müzakirə mövzusu olacaqdır.

 

DİGƏR Xəbərlər Arxiv