YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Hüseynov: Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində qaçqın və məcburi köçkünlərimiz öz yaşayış yerlərinə qayıda bilmirlər

«Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın 1 milyondan çox vətəndaşı hələ də qaçqın və məcburi köçkün vəziyyətində yaşayır». Bu fikri Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

F.Hüseynov bildirib ki, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində 25 ilə yaxındır ki, qaçqın və məcburi köçkünlərimiz öz yaşayış yerlərinə qayıda bilmirlər. Onun sözlərinə görə, Azərbaycan dövləti onların hüquqlarının qorunmasına həssaslıqla yanaşır, onların həyat şəraitinin yaxşılaşdırılması üçün mühüm işlər görülür.

«Beynəlxalq ictimaiyyət də Azərbaycanın bu sahədə fəaliyyətini təqdir edir. Ölkəmizdə qaçqın və məcburi köçkün problemi müntəzəm olaraq diqqətdə saxlanılır, ictimaiyyətin bu sahə ilə bağlı məlumatlandırılması, onların sosial problemlərin həllinə diqqət göstərilir, bilik bacarıqlarına səmərəli istifadəsi istiqamətində mühüm şərait yaradılır. Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,3 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbə və çoxmərtəbəli yaşayış kompleksi salınıb. İndiyədək 265 min nəfərin mənzil məişət şəraiti yaxşılaşdırılıb»-deyə, sədr müavini vurğulayıb.