YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərviz Şahbazov: Vyana görüşündə neft hasilatının səviyyəsi ilə bağlı müzakirələr aparılacaq

OPEC və qeyri-OPEC ölkələri nazirlərinin Vyana görüşündə neft hasilatının səviyyəsi ilə bağlı müzakirələr aparılacaq.

Bu barədə energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ötən dövrdəki vəziyyətlə indiki vəziyyət arasında fərq var. Ümumi neft ehtiyatlarında son zamanlar kəskin azalma baş verib. Gələcəkdə kəskin vəziyyətin yaranmaması, bu sahədə böhranın olmaması üçün işlər görülməlidir. Bütün bunları nəzərə alaraq çox güman ki, rejimin yumşalmasına həsr olunan müzakirələr olacaq. Nəticəsi isə OPEC+ formatında öz əksini tapacaq.

Nazir qeyd edib ki, ötən dövr ərzində OPEC+ formatında əməkdaşlıq məhsuldar olub. Əməkdaşlıq nəticəsində beynəlxalq səviyyədə neft qiymətləri sabitləşib. Vyanada ötən dövr ərzində əldə olunan nəticələr dərindən təhlil və müzakirə ediləcək və vəziyyətin gələcəkdə də bu cür idarə edilməsi ilə bağlı növbəti addımlar atılacaq.

Qeyd edək ki, energetika naziri Pərviz Şahbazov OPEC-in baş katibi Məhəmməd Barkindonun dəvəti ilə iyunun 21-23-də Avstriyanın paytaxtı Vyanada səfərdə olacaq. Nazir Vyanada OPEC-in “Neft - dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda keçiriləcək 7-ci beynəlxalq seminarında, OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 9-cu iclasında və OPEC Nazirlər Şurasının iyunun 174-cü iclası çərçivəsində OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclasında iştirak edəcək.

 

DİGƏR Xəbərlər Arxiv