YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ordusunun raket bölmələri praktiki atışlar keçirib

Azərbaycan Respublikası müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq, raket bölmələri tank əleyhinə idarə olunan müasir raketlərin tətbiqi ilə praktiki atışlar keçirib. Atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə gündüz və gecə vaxtlarında icra olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, müasir və perspektivdə istehsal olunan tankların, piyadaların döyüş maşınlarının (PDM) və digər zirehli texnikanın, eləcə də mühəndis qurğularının, uzunmüddətli atəş nöqtələrinin, aşağı hündürlükdə uçan hava hədəflərinin, örtüdə və açıq ərazidə yerləşən canlı qüvvənin məhvetmə qabiliyyətinə malik olan komplekslər sutkanın istənilən vaxtında, aktiv və passiv maneələrin istifadəsi şəraitində tətbiq edilə bilər.

Komandanlıq təlimlərdə iştirak edən şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.