YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Əliquliyev: Müasir dövrdə informasiya mədəniyyətinə dair müxtəlif baxışlar mövcuddur

«Müasir dövrdə informasiyadan istifadənin səviyyəsi insanların həyat şəraitinə, eləcə də iqtisadi, siyasi, mədəni, elmi inkişaf perspektivlərinə əhəmiyyətli dərəcədə təsir göstərir». Bu fikri AMEA-nın  İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev deyib.

R.Əliquliyev bildirib ki, informasiya və biliklərin sürətli artım tempinə uyğun olaraq insan resurslarına tələblər dəyişir. Onun sözlərinə görə, informasiyanın həcmi və məzmunu insanların davranışına, sağlamlığına və psixologiyasına mənfi təsir göstərir.

«Müasir dövrdə informasiya mədəniyyətinə dair müxtəlif baxışlar mövcuddur. İnformasiya mədəniyyəti fəlsəfə, sosiologiya, kulturologiya, informatika, pedaqogika, psixologiya, linqvistika, kitabxanaşünaslıq və s. elm sahələrini təmsil edən alimlər tərəfindən geniş araşdırılıb. Lakin bu məsələlər kifayət qədər tədqiq olunmayıb. Bu baxımdan, məsələ ilə bağlı yeni elmi araşdırmalar çox əhəmiyətlidir»-deyə, akademik vurğulayıb.