YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayeva “Birlik ulduzları” mükafatına layiq görülüb

Dövlətlərarası “Birlik ulduzları” mükafatının təqdim edilməsi üzrə Şura incəsənət, elm və təhsil sahəsində görkəmli nailiyyətlərə görə 2017-ci ilin laureatlarını elan edib.

MDB İştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) bu barədə iyunun 9-da məlumat verib.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz Paşayeva elm sahəsində “Birlik ulduzları” mükafatına layiq görülüb.

Məlumatda deyilir: “Münsiflər heyətinin qərarı ilə mükafatlara səkkiz namizəd layiq görülüb”. Laureatlar arasında SSRİ Xalq Artisti, alt alətində çalan və dirijor Yuri Başmet (Rusiya), skripkaçı Ayman Musaxacayeva (Qazaxıstan), şair Nizom Kosim (Tacikistan), ədəbiyyatşünas Abdıldajan Akmataliyev (Qırğızıstan), bir idmançı – belaruslu biatlonçu Darya Domraçeva və başqaları var.

Mükafatlar MDB İştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının iyunun 19-20-də Astanada keçiriləcək XIII forumunda təntənəli mərasimdə təqdim olunacaq.

 

DİGƏR Xəbərlər Arxiv