YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Ölkəmiz Cənub Qaz Dəhlizi ilə növbəti böyük nailiyyətə imza atmış oldu

«Cənub Qaz Dəhlizinin açılışı Azərbaycan Prezidenti İlham Əliyevin neft-qaz sahəsində həyata keçirdiyi siyasətin uğurlarından biridir. Bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi böyük töhfədir». Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, bu layihə Azərbaycana böyük dividentlər gətirəcək. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin açılış mərasimində ABŞ, Böyük Britaniya və digər ölkə rəsmilərinin iştirak edərək dəstəkləməsi ölkəmizin neft-qaz sahəsində əldə etdiyi uğurların bariz nümunəsidir.

«ABŞ prezidenti Donald Tramp, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Britaniyanın baş naziri Tereza Mey bu mühüm hadisə ilə bağlı Prezident İlham Əliyevə təbrik məktubları ünvanlandılar. Bütün bunlar göstərir ki, Azərbaycanın tərəfindən həyata keçirilən layihələr bütün dünyada yüksək qarşılanır və  dəstəklənir. Çünki, layihə təkcə ölkəmiz üçün deyil, bütün Avropa üçün mühümdür. Cənub Qaz Dəhlizinin keçdiyi bütün ölkələr bu layihədən bəhrələnəcəklər. Bu amil layihənin dəstəklənməsi üçün əsas şərtdir ki, bu da bizim xeyrimizədir. Bu, Azərbaycan tərəfindən həyata keçirilən ilk layihə deyil. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, Bakı-Tbilisi-Qars kimi dünya əhəmiyyətli mühüm layihələri reallaşdıran ölkəmiz Cənub Qaz Dəhlizi ilə növbəti böyük nailiyyətə imza atmış oldu»-deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.