YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Qadınlar Şurasının toplantısı keçirilib

Sentyabrın 27-də  Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının toplantısı keçirilib. Toplantıda partiyanın rayon və şəhər təşkilatları qadınlar şuralarının sədrləri iştirak ediblər.

Tədbiri açan YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva təşkilatın qarşısında duran vəzifilərdən bəhs edib. N.Əliyeva bildirib ki, toplantının keçirilməsində məqsəd təşkilatın fəaliyyətinin yeni istiqamətlərinin müəyyənləşdirilməsi, bələdiyyə seçkiləri ərəfəsində qadınların fəallığının artırılması, seçkilərlə əlaqədar bölgələrdə görüşlərin keçirilməsi və digər məsələlərin müzakirəsindən ibarətdir.

Azərbaycanda uğurlu dövlət qadın siyasətinin həyata keçirildiyini deyən YAP Qadınlar Şurasının sədri vurğulayıb ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, məhz bu siyasətin nəticəsidir ki, ölkəmizin nüfuzlu, ziyalı qadınları, eləcə də, cəmiyyətin digər təbəqələrini təmsil edən xanımlar YAP-ın sıralarında cəmləşiblər. Hazırda YAP üzvlərinin 40 faizdən çoxunu qadınlar təşkil edir. N.Əliyeva deyib ki, bu ilin ötən dövründə də partiya sıralarına qoşulanlar arasında qadınlar üstünlük təşkil edir.

Tədbirdə çıxış edən Mill Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muraova YAP-ın cəmiyyət həyatındakı mövqeyindən, həyata keçirilən layihələrdən, o cümlədən YAP Qadınlar Şurasının fəaliyyətindən geniş bəhs edib. B.Muradova qeyd edib ki, ölkəmizin inkişafı prosesində YAP-ı təmsil edən qadınlar da fəal iştirak edir. O, qarşıdan gələn bələdiyyə seçkilərində qadınları fəal iştirak etməyə çağırıb.

Tədbirdə digər çıxış edənlər də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurla inkişaf etdiyini və bu inkişaf siyasətinin ölkə ictimaiyyəti tərəfindən birmənalı şəkildə dəstəkləndiyini vurğulayıblar.

Toplantıda bələdiyyə seçkiləri ilə bağlı tədbirlər planı müzakirə olunub, YAP Qadınlar Şurasının bölgələrdə qadınlarla görüşlərinin keçirilməsi qərara alınıb.

Eyni zamanda, YAP Qadınlar Şurasının 20 illik yubileyinə hazırlıq məsələləri də müzakirə edilib.