YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransa Senatında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” adlı debat-konfrans təşkil edilib

Fransada fəaliyyət göstərən Azərbaycan Dostları Assosiasiyası il ərzində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunan silsilə tədbirlər həyata keçirir.

Assosiasiyadan bildiriblər ki, Azərbaycan Dostları Assosiasiyasının, Fransa-Qafqaz Dostluq Birliyinin prezidenti, Kot-d-Or regionunun Senatoru Alen Uperin, Fransa parlamentinin sabiq üzvü, Azərbaycan Dostları Assosiasiyasının prezidenti, Jan-Fransua Manselin təşəbbüsü, bu ölkədəki səfirliyimizin dəstəyi ilə Fransa Senatında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” adlı debat-konfrans təşkil edilib.

Tədbirdə əvvəlcə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev təqdimatla çıxış edib, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, fəaliyyət dövrü və yaradıcıları barədə konfrans iştirakçılarına geniş məlumat verib.

Sosial elmlər üzrə ali təhsil məktəbinin professoru Jorj Mamulia Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının istiqlaliyyət uğrunda apardıqları çətin mübarizədən ətraflı bəhs edib. O, 1905-ci ildə ermənilərin bolşevik qüvvələrin dəstəyi ilə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımından da danışıb. Qeyd edib ki, davamlı bolşevik təzyiqinə baxmayaraq, 1918-ci ildə Şərqdə ilk dəfə olaraq parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel 100 il əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyətinin təməlinin dünyəvilik prinsipləri əsasında qoyulduğunu qeyd edib. İlk dəfə olaraq qadınlara səsvermə hüququ verən Azərbaycanın bu gün də regionda və İslam dünyasında tolerant, multikulturalizm ənənələrinə sadiq bir ölkə olduğunu vurğulayıb.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb. Tədbirdə Fransanın ictimai-siyasi, elm və incəsənət xadimləri iştirak ediblər.

 

DİGƏR Xəbərlər Arxiv