YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: Müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılması böyük əhəmiyyət kəsb edir

«Müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılması böyük əhəmiyyət kəsb edir». Bu fikri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, tarixin ən çətin, ən mürəkkəb dövründə yaranan Azərbaycan Xalq Cümhuriyyəti demokratik ənənələrə malik idi. Cümhuriyyətin yaranması tarixi bir hadisə idi. Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixində öz demokratikliyi ilə seçilirdi.

«Sovet dövründə Azərbaycan Xalq Cümhuriyyətinin adı belə çəkilmirdi, indi isə həmin dövrün həqiqi tarixi dərindən öyrənilir və təqdim olunur. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, ölkəmizlə bağlı həqiqətlərin üzə çıxarılmasına və dünyaya çatdırılmasına hər zaman böyük diqqət yetirib. Azərbaycan xalqının bu möhtəşəm tarixinin dünyaya çatdırılmasında Ulu öndərin böyük xidmətləri var. Onun tapşırığı ilə Tarix İnstitutu Cümhuriyyət tarixini əhatə edən çoxcildli kitablar nəşr etdirib. Bu gün bu ənənə Prezident İlham Əliyev tərəfindən yaşadılır. 2014-cü ildə Tarix İnstitutu 2004-2005-ci illərdə nəşr olunmuş iki cilddən ibarət Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasını yenidən işləyərək çap etdirib»-deyə, Y.Mahmudov vurğulayıb.