YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in komitə sədri: “Ümumi təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması vacib və əhəmiyyətlidir

“Ümumi təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması vacib və əhəmiyyətlidir. Bu fikri Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli  bildirib ki, ölkənin ümumi təhsil sistemində böyük dəyişikliklər baş verib və bu  dəyişikliklər yeni qanunun qəbulunu vacib edir.

«Biz ümumi təhsil sistemimizdə baş verən dəyişikliklərə uyğun olaraq, belə bir qanun layihəsinin hazırlanmasını vacib saydıq. Bunu təhsilimizin inkişafına çox böyük təsiri olacaq. Əlimizdə xeyli materiallar var. Yay dövründə onlara baxacağıq və sentyabr ayında ilkin variantı ortaya qoyacağıq»-deyə, komitə sədri vurğulayıb.