YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanladı

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Dost ölkənizin milli bayramı - Respublika Gününün ildönümü münasibətilə Sizi səmimi qəlbdən təbrik etməkdən məmnunluq duyur, xalqınızın ümidlərini və istəklərini həyata keçirməkdə Sizə davamlı uğurlar arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, bütün sahələrdə yaxşı əlaqələrimizin möhkəmləndirilməsi və dost ölkələrimizin maraqlarına uyğun şəkildə təşviq edilməsi istəyində olduğumu əminliklə bildirmək istərdim.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost xalqınıza tərəqqi və rifah arzu edirəm.”