YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Qeyri-neft sənayesinin inkişaf etdirilməsi xüsusi diqqət mərkəzindədir

«Bu gün Azərbaycanda  qeyri-neft sənayesinin inkişaf etdirilməsi xüsusi diqqət mərkəzindədir». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, qarşıya qoyulan hədəf daxili istehlakın tam həcmdə yerli istehsal hesabına ödənilməsinə nail olmaqdan və geniş ixrac imkanları yaratmaqdan ibarətdir. Onun sözlərinə görə, son illərdə milli iqtisadiyyatımızın qeyri-neft sektorunda istehsal imkanları əhəmiyyətli dərəcədə artıb.

«Azərbaycan ənənəvi olaraq xarici bazarlara kənd təsərrüfatı məhsulları çıxaran ölkədir. Bu baxımdan, bölgələrimizin böyük potensialı var. Görülən tədbirlər isə yaxın gələcəkdə ölkəmizdə daxili istehsalın artacağını deməyə əsas verir»- deyə, deputat vurğulayıb.