YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Biz haqq işimizi davam etdirməli, ölkəmizin maraqlarını bütün səviyyələrdə müdafiə etməliyik

«AŞPA-nın qərarı ilə bağlı məsələdə söhbət Səməd Seyidovdan deyil, ümumilikdə Azəbaycandan gedir. AŞPA-da atılan addımlar Azərbaycana, ölkəmizin iqtisadi inkişafına, ictimai-siyasi sabitliyə  qarşı yönəlib». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında çıxışı zamanı deyib.

S.Novruzov bildirib ki, Azərbaycanın inkişafını gözü götürməyənlər ölkəmiz haqqında mənfi imic formalaşdırmaq istəyirlər. Onun sözlərinə görə, beynəlxalq təşkilatlarda fəaliyyət göstərən nümayəndə heyətlərimizin üzvləri birgə, sistemli şəkildə fəaliyyət göstərməlidirlər.

«Bizə qarşı xaricdə müəyyən dairələr tərəfindən planlar mövcuddur. Bundan sonrakı fəaliyyətimizdə işimizi elə qurmalıyıq ki, ölkəmizə qarşı belə cəhdlərin qarşısı alınsın. Əslində dünyada lobbiçilik fəaliyyəti qanunla mövcuddur. Hər bir insan öz ölkəsinin maraqlarını müdafiə etmək istəyir. Bu fəaliyyət qəbahət deyil yoxdur, amma bizdə bu da yoxdur.  Olmayan bir məsələni ölkəmizin üzərinə yazmaq böhtandır. Biz haqq işimizi davam etdirməli, ölkəmizin maraqlarını bütün səviyyələrdə müdafiə etməliyik»-deyə, YAP İcra katibinin müavini vurğulayıb.