YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Təbabətdə dərman təhlükəsizliyi prioritet istiqamətdir

«Təbabətdə dərman təhlükəsizliyi prioritet istiqamətdir». Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildiirb ki, əhalinin yüksək keyfiyyətli dərmanlarla təchiz olunması dövlətimizin diqqət mərkəzindədir. Bu baxımdan son illərdə apteklərdəki qiymətlər optimallaşdırılıb, dərmanların keyfiyyətinin yoxlandığı laboratoriyanın maddi-texniki bazası yenilənib və keyfiyyətə nəzarət artırılıb, ölkəyə saxta dərman vasitələri gətirib satdıranların cinayətkar əməlləri aşkara çıxarılıb.

«Neqativ halların qarşısını almaq, əhalinin dərman təchizatını günün tələbləri səviyyəsində qurmaq üçün “Dərman vasitələri haqqında” Qanunun təkmilləşməsinə də ehtiyac var. Bu məqsədlə işçi qrupu yaradıldı. Səhiyyə, Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, “Avromed” şirkətinin nümayəndələri də həmin işçi qrupa cəlb olundu. 19 maddədən ibarət olan qanunun 10 maddəsinə 30 dəyişiklik və əlavə edilib. Hesab edirəm ki, bu yeniliklər cəmiyyətimiz tərəfindən müsbət qarşılanacaq»-deyə, Ə.Əmiraslanov vurğulayıb.