YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in komitə sədri: Qanun Hesablama Palatasının statusunu, fəaliyyətinin hüquqi əsaslarını tənzimləyir

“Azərbaycan Respublikasının Hesablama Palatası haqqında” qanun layihəsi Hesablama Palatasının  statusunu, fəaliyyətinin hüquqi əsaslarını, idarəetmə və təşkilati strukturunu, habelə dövlət vəsaitlərinin qanunauyğun, məqsədyönlü və səmərəli istifadəsinə dövlət nəzarətinin təmin edilməsi sahəsində kənar dövlət maliyyə nəzarətinin obyektləri və digər tərəflərlə münasibətlərini tənzimləyir. Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, Hesablama Palatasının fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir.

«Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti fəaliyyətini bu Qanuna və Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) prinsipləri və standartları əsasında hazırlanan metodiki sənədlərə uyğun həyata keçirir. Hesablama Palatasının fəaliyyəti qanunçuluq, müstəqillik, kollegiallıq, şəffaflıq, obyektivlik, ədalətlilik və peşəkarlıq prinsiplərinə əsaslanır. Hesablama Palatasının üzvləri, işçiləri və Hesablama Palatasının fəaliyyəti ilə əlaqədar cəlb edilən ekspert, mütəxəssis və sərbəst auditorlar xidməti məlumatları, o cümlədən qanunla qorunan dövlət, bank, kommersiya və sair sirlərə aid olan məlumatları qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, açıqlaya bilməzlər»-deyə, komitə sədri qeyd edib.