Partiya xəbərləri
YAP Gənclər Birliyi Ümumilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə tədbirlərə start vermişdir
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə tədbirlərə start vermişdir.
Ulu Öndər Heydər Əliyev irsinin araşdırılması və gənc nəslə öyrədilməsi məqsədilə “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda həm Bakı şəhərində, həm də regionlarda konfranslar keçirilməyə başlamışdır. Növbəti konfrans Sabirabad rayonunda keçirilmişdir.
Konfransda YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və digər rəsmi şəxslər, həmçinin Salyan, Neftçala, Şirvan, Hacıqabul, Saatlı, İmişli, Beyləqan, Füzuli, Xocavənd, Cəbrayıl rayonundan olan gənclər iştirak etmişdir.
Çıxışçılar Heydər Əliyev irsinin öyrənilməsinin vacibliyini müxtəlif istiqamətlər üzrə əsaslandırmış və bu gün Azərbaycan dövlətinin ideoloji əsasını təşkil edən Azərbaycançılıq fəlsəfəsinin təməl prinsiplərini konfrans iştirakçılarının diqqətinə çatdırmışlar.