YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyi Ümumilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə tədbirlərə start vermişdir

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə tədbirlərə start vermişdir.

Ulu Öndər Heydər Əliyev irsinin araşdırılması və gənc nəslə öyrədilməsi məqsədilə “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda həm Bakı şəhərində, həm də regionlarda konfranslar keçirilməyə başlamışdır. Növbəti konfrans Sabirabad rayonunda keçirilmişdir.

Konfransda YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və digər rəsmi şəxslər, həmçinin Salyan, Neftçala, Şirvan, Hacıqabul, Saatlı, İmişli, Beyləqan, Füzuli, Xocavənd, Cəbrayıl rayonundan olan gənclər iştirak etmişdir.

Çıxışçılar Heydər Əliyev irsinin öyrənilməsinin vacibliyini müxtəlif  istiqamətlər üzrə əsaslandırmış və bu gün Azərbaycan dövlətinin ideoloji əsasını təşkil edən Azərbaycançılıq fəlsəfəsinin təməl prinsiplərini konfrans iştirakçılarının diqqətinə çatdırmışlar.

DİGƏR Partiya xəbərləri Arxiv