YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 69-cu sessiyası çərçivəsində sentyabrın 25-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  a bildiriblər ki, görüşdə Azərbaycan-ABŞ münasibətlərinin cari vəziyyəti, əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı səfərlərin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi diqqət mərkəzində olub.

Söhbət zamanı qarşılıqlı maraq doğuran regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılıb.