YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əbülfəs Qarayev: Azərbaycanın zəngin mədəni irsi ölkəmizi dünyada tanıdan, ona rəğbət qazandıran ən mühüm dəyərlərdəndir

«Azərbaycanın zəngin mədəni irsi ölkəmizi dünyada tanıdan, ona rəğbət qazandıran ən mühüm dəyərlərdəndir. Cənab Prezident Öz çıxışlarında bir fikri xüsusi vurğulayır ki, bizi tarixən millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, mədəniyyətimiz olub. Azərbaycan xalqı müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşayıb, amma dilimizi, mədəniyyətimizi, milli ənənələrimizi qoruyub saxlaya bilmişik». Bu fikirləri yap.org.az saytına mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Ə.Qarayev bildirib ki, müasir dünyada mədəniyyət diplomatiyasının müstəsna rolu var və bizim musiqi sənətimiz ölkəmizin ən fəal mədəniyyət elçisidir. Bu gün Azərbaycanın muğam üçlüyü -  yəni xanəndə, tar və kamança ifaçılığı - bəşəriyyətin mədəniyyət inciləri sırasında yer alıb. Bu, dünya musiqi sənətində bənzəri olmayan hadisədir.

«Yeni texnologiyalar, qabaqcıl standartlar muzey işində, tarixi abidə və qoruqlarda da uğurla tətbiq olunur. Dövlət başçısı tərəfindən qarşıya qoyulan məqsədlərdən biri şəhər və rayonlarda muzey şəbəkəsinin genişləndirilməsi, müasir tələblər səviyyəsində qurulması, tarix-mədəniyyət qoruqlarının turistik imkanlarının inkişaf etdirilməsi idi. Prezidentin bu sahədə sərəncamlarının icrası ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir. Qobustan Milli Tarixi-Bədii Qoruğunun yeni muzey kompleksi, Qız qalasında yaradılan ekspozisiya müasir texnologiyaların uğurlu tətbiqinin nəticəsidir. Muzey işinin genişlənməsində yerlərdə yaradılan Heydər Əliyev mərkəzləri mühüm rol oynayır. Milli İncəsənət Muzeyinin yeni korpusunun istifadəyə verilməsi, Azərbaycan Xalça Muzeyinin yeni binasının inşası, eləcə də zəngin mədəni xəzinəmizin qorunduğu Tarix və Ədəbiyyat muzeylərinin əsaslı şəkildə təmiri və yenidən qurulması dövlətin bu sahəyə diqqət və qayğısının bariz nümunələridir. Bütövlükdə ötən illərdə ölkəmizdə mədəniyyət sektorunun infrastrukturu əsaslı şəkildə yenilənmişdir. Cənab İlham Əliyevin prezidentliyi dövründə paytaxtımızda inşa edilən, yenidən qurulan möhtəşəm mədəniyyət ocaqları – bənzərsiz memarlıq örnəyi olan Heydər Əliyev Mərkəzi, Beynəlxalq Muğam Mərkəzi, Xalça Muzeyi Bakının müasir simvollarına çevrilmişdir. Belə gözoxşayan tikililər digər şəhərlərimizi də bəzəyir. Ötən il istifadəyə verilən Gəncə Dövlət Filarmoniyasının binası buna parlaq örnəkdir»-deyə, nazir vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv