YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Erkan Özoral: Azərbaycan gündən-günə çiçəklənir

«Azərbaycan gündən-günə çiçəklənir və gözəlləşir. Bu kampaniya da onun bir parçasıdır». Bu fikirləri YAP-ın yaranmasının 25 illiyi münasibətilə keçirilən «700 min ağac əkək» kampaniyasının sonuncu aksiysında iştirak edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral deyib.

Erkan Özoral bildirib ki, kampaniya həm Azərbaycanın gözəlliyinə əlavə gözəllik qatır, həm də bu ağacların əkilməsi bütün təbiəti canlandıran mühüm bir hadisədir.

«YAP-ın təşəbbüsü ilə 700 min ağacın əkilməsi qarşıdakı illərdə yeni-yeni məhsulların ortaya çıxmasına imkan verəcək.  Yaşıllaşdırma kampaniyası  həm ekologiyaya, ətraf mühitə, iqlimə  yaxşı təsir göstərəcək, həm də bu ağaclar meyvələr verərək iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcək. Bu çox mühüm bir hadisədir və ona görə də, biz burada iştirak edirik»-deyə, səfir vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv