YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məhəmməd Cəfər Muradi: Çox sevinirəm ki, yarışı mükafatçılar sırasında başa vurdum

Bakı marafonunda iştirak etdiyim üçün çox xoşbəxtəm. Çox sevinirəm ki, yarışı mükafatçılar sırasında başa vurdum. Bakının “Küləklər şəhəri” olduğu haqqında eşitmişdim. Ancaq bu gün bunun şahidi oldum. Külək əsdiyindən qaçmaq mənim üçün çətin idi.

Bu sözləri “Bakı Marafonu 2018”in gümüş mükafatçısı iranlı idmançı Məhəmməd Cəfər Muradi yarışla bağlı təəssüratlarını bölüşərkən söyləyib.

“Yarış çox gərgin keçdi. Havanın küləkli və isti olmasına baxmayaraq, özümdə güc toplayıb finiş xəttinədək irəlilədim. Bunu özüm üçün uğur hesab edirəm”, - deyə iranlı idmançı bildirib.

Qeyd edək ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu ardıcıl üçüncü ildir təşkil olunur. Builki marafonda iştirak üçün 18 minədək insan qeydiyyatdan keçib.