YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə vətəndaşı Ömər Alkanoğlu: Bakı marafonunda rəqabət güclü idi

Azərbaycandakı marafonda ilk dəfədir ki, iştirak edirəm. Bu yarışa yaxşı hazırlaşmışdım. Marafon yüksək səviyyədə təşkil edilib. Ötən il Almaniyada keçirilən marafona da qatılmışdım. Bu gün Bakıda təşkil olunan marafonda rəqabət güclü idi. Yarışda iştirak etmək üçün 18 minədək insan qeydiyyatdan keçib.

Marafonda kişilər arasında üçüncü yerə çıxan 27 yaşlı Türkiyə vətəndaşı Ömər Alkanoğlu jurnalistlərə müsahibəsində Bakıda belə bir yarışda medal qazanmasının onun üçün qürurverici olduğunu bildirib. O deyib: “Azərbaycan qardaş ölkə olduğu üçün burada özümü çox rahat hiss etdim. Sevinirəm ki, Bakıda mükafatçılar sırasında yer ala bildim”.

Azərbaycan xalqının qonaqpərvərliyini, azarkeşlərin idmana verdiyi dəstəyi yüksək qiymətləndirən türkiyəli idmançı Bakı Marafonunun gələcəkdə daha çox iştirakçını əhatə edəcəyinə inamını ifadə edib.