YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: Əldə edilən uğurlar Ümummilli lider Heydər Əliyev ideyalarının əməli təntənəsidir

«Artıq geosiyasi aspektdə Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Şübhə yoxdur ki, bu proses davam edəcək və Azərbaycan dünyanın ən güclü dövlətlərindən birinə çevriləcək». Bu fikri AMEA-nın prezidenti. Akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, əldə edilən uğurlar Ümummilli lider Heydər Əliyev ideyalarının əməli təntənəsidir.

«Bütün bunlar həm də onun göstəricisidir ki, Azərbaycanda dövlət və cəmiyyət quruculuğunda varisliklə müasirlik, ənənə ilə yenilik harmonik bir vəhdətdədir.  Məhz belə bir vəhdət Azərbaycanın sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafının əsas qarantıdır»-deyə, akademik vurğulayıb.