YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Ceymstaun Fondunun prezidenti Qlen Hovardın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin inkişaf tarixi və perspektivləri barəsində ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin regional və beynəlxalq gündəlikdə duran məsələlər müzakirə olunub.

Nazir Elmar Məmmədyarov Azərbaycanın enerji strategiyası, TANAP/TAP layihələrinin icrası və Avropanın enerji təhlükəsizliyində rolu, beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ ilə əməkdaşlığı, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri barədə məlumat verib. Həmçinin Əfqanıstanda Qətiyyətli dəstək əməliyyatında ölkəmizin iştirakı və NATO-ya üzv dövlətlərə, o cümlədən ABŞ-a Əfqanıstan əməliyyatı üçün göstərilən tranzit və logistika dəstəyi barədə danışıb.

Söhbət zamanı, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının davam etməsi və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdiddir.